Logo

Lefke Avropa Universitetinin nümayəndələri ATMU-da olublar

04.06.2025 12:53 100 baxış
IMG

Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Lefke Avropa Universitetinin rektoru Mehmet Ali Yükselenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Turizm və Menecment Universitetini (ATMU) ziyarət edib.

Bu barədə TƏHSİL.BİZ -ə ATMU-dan bildirilib.

ATMU rektoru İlham Mədətov ali təhsil müəssisəsində tədris prosesi, beynəlxalq və ölkəiçi tədbirlərdə iştirak barədə qonaqlara ətraflı məlumat verib.

Söhbət əsnasında mümkün əməkdaşlıq imkanları, o cümlədən beynəlxalq təhsil, layihə və proqramların təşkili məsələləri prioritet istiqamət kimi dəyərləndirilib. Lefke Avropa Universitetinin nümayəndələri Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında olan ikitərəfli münasibətlərdən məmnunluqlarını bildiriblər.

Xəbər lenti