Logo

BDU Bakı Enerji Həftəsində təmsil olunur

04.06.2025 12:47 97 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) özündə üç mötəbər tədbiri - 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”u birləşdirən Bakı Enerji Həftəsində təmsil olunur.

Bu barədə TƏHSİL.BİZ -ə BDU-dan bildirilib.

Bakı Enerji Həftəsi çərçivəsində təqdim olunan “Smart Energy Hub” adlı xüsusi startap zonasında yerli və xarici ölkələrdən olan 10 startap layihəsi təqdim edilib. Bu zona startapçılara öz qabaqcıl həllərini və strategiyalarını enerji sahəsinin aparıcı şirkətləri və digər maraqlı tərəflərə təqdim etmək üçün unikal imkan yaradır.

BDU üçün ayrılmış stenddə universitet ərazisində qurulan şarj stansiyası və bu stansiyanın funksiyaları nümayiş etdirilib. Bərpaolunan enerji (Günəş və külək enerjisi) hesabına elektromobillərin sürətli şarjını təmin edən stansiyanın elektromobillər üçün CCS2 və GBT standartlarında şarj imkanı təmin edəcəyi qeyd olunub. Universitet ərazisində yerləşən bu stansiya gələcəkdə tələbələr tərəfindən istifadə olunan elektrikli velosipedlər və skuterlər üçün də yaşıl enerji hesabına şarj imkanı yaradacaq.

Xəbər lenti