Logo

Yay Riyaziyyat Düşərgəsinə qeydiyyat davam edir

04.06.2025 10:30 112 baxış
IMG

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin ABB Tech Akademiyası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə riyaziyyat və texnologiyalara dərin həvəsi olan 10-cu sinfi bitirib 11-ci sinfə keçid edən şagirdlər üçün düşərgə təşkil edir.

TƏHSİL.BİZ  xəbər verir ki, düşərgədə iştirak üçün qeydiyyat davam edir. Müraciət üçün son tarix 5 iyun, saat 23:59-dur.

Seçim mərhələləri nəticələrinə əsasən şagirdlər təqaüdlü və ya ödənişli əsaslarla düşərgədə iştirak haqqı qazanacaqlar.

Seçim mərhələlərində iştirak tamamilə ödənişsizdir.

Seçim mərhələlərini uğurla keçən şagirdlər düşərgədə iştirak hüququ qazanacaqlar və aşağıdakı ödəniş modellərindən biri ilə qəbul olunacaqlar:

– 5 nəfər100% təqaüd (ödənişsiz iştirak),

– Qalan iştirakçılar isə nəticələrinə əsasən müxtəlif güzəştlərlə iştirak haqqı qazanacaqlar.

6 günlük intensiv Riyaziyyat Düşərgəsi müddətində iştirakçıların nəqliyyat, qonaqlama, qida, dərs materialları, təlimlər və əlavə fəaliyyətlər kimi xərcləri təşkilatçılar tərəfindən qarşılanacaq.

Seçim mərhələlərini uğurla keçmiş şagirdlər intensiv təlimlərə cəlb olunacaq. Təlimlər Quba rayonunda təşkil olunacaq.

Seçimin ikinci mərhələsi onlayn imtahan formatında keçiriləcək. İştirakçılara 25 sual veriləcək. Bu sualların hər biri rəqəm, ədəd və/və ya hərf şəklində (ədədləri göstərmək üçün "," və ya "." işarələrindən istifadə edilə bilər) cavab tələb edəcək. İştirakçılara bu tapşırıqları bitirmək üçün 2 saat zaman veriləcək. Hər bir iştirakçının həllə başlamaq üçün yalnız 1 dəfə cəhd etmək şansı var.

Yarışın üçüncü final mərhələsi müsahibə formatında olacaq. İştirakçılara ümumi tanışlıq üçün suallar və 5 riyazi tapşırıq veriləcək. Bu mərhələdə isə cavabdan əlavə, ətraflı həll təqdim edilməlidir. 

 

 

 


 

Xəbər lenti