Logo

Paytaxt məktəbliləri SAF 2025-də

19.11.2025 14:39 52 baxış
IMG

Paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri Beynəlxalq STEAM Azərbaycan Festivalında (SAF 2025) iştirak edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən TƏHSİL.BİZ-ə bildirilib ki, festivala idarənin tabeliyindəki ümumi təhsil müəssisələrindən 150-dən çox şagird qatılıb.

Festival Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilir. Festival çərçivəsində 18 yarış kateqoriyası üzrə 20-dən artıq ölkədən minlərlə şagird, tələbə, mentor və ekspert iştirak edir. Yarış kateqoriyaları robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik sahələrini əhatə edir.

Festivalın keçirilməsində əsas məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı gənclərin üzə çıxarılması, eləcə də innovativ layihə və həllərin hazırlanmasının dəstəklənməsindən ibarətdir.

Qeyd edək ki, STEAM əsaslı tədris modeli elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatı inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.

Xəbər lenti