Logo

Qəbələ Peşə Təhsil Mərkəzində maarifləndirici görüş keçirilib

19.11.2025 13:55 31 baxış
IMG

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Avropa İİV-ə Testləşmə Həftəsi” və “1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü” çərçivəsində maarifləndirici görüş təşkil olunub.  

TƏHSİL.BİZ xəbər verir ki, görüş Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin Şəki Regional Laboratoriyası, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının dəstəyi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə əməkdaşlığı ilə baş tutub. 

Görüşün təşkilində məqsəd tələbələr arasında İİV və QİÇS haqqında məlumatlılığı artırmaq, sağlam davranışları təşviq etmək, profilaktik tədbirlərə diqqət çəkmək  olub.

Görüş zamanı könüllü və anonim İİV testləri aparılıb, İİV-lə yaşayan insanların hüquqları, diskriminasiya ilə mübarizə və cəmiyyətin maarifləndirilməsi barədə geniş məlumat verilib.

Sonda peşəkar məsləhətlər və maarifləndirici bukletlər təqdim olunub

Xəbər lenti