Logo

Pedaqoji Universitetin yataqxanasında aylıq ödəniş nə qədərdir?

18.11.2025 23:45 60 baxış
IMG

Tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə yaradılan yataqxana sistemi xüsusi əhəmiyyət daşıyır. Bu sistem tələbələrin təhlükəsiz və komfortlu mühitdə yaşamasına imkan yaratmaqla yanaşı, onların tədrisə diqqətini artırır, sosial mühitə uyğunlaşmasını asanlaşdırır və universitet həyatında daha fəal iştirak etməsinə şərait yaradır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev açıqlamasında universitet yataqxanasının imkanları və fəaliyyəti barədə məlumat verib: “ADPU-nun Bakı şəhərində 5 tələbə yataqxanası var. Lakin bu yataqxanalardan 4-də ümumilikdə 1603 nəfərdən ibarət 443 məcburi köçkün ailəsi məskunlaşıb. Bildiyimiz kimi, işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində məcburi köçkün vətəndaşlarımız mərhələli şəkildə öz doğma torpaqlarına qayıdırlar. Bu baxımdan təbii ki, Pedaqoji Universitetin yataqxanalarında məskunlaşmış məcburi köçkün ailələrinin də köçürülməsi istiqamətində iş aparılır. Lakin proses aidiyyəti dövlət qurumları tərəfindən icra olunur”.

T.Mirzəyev bildirib ki, ADPU-nun 5 nömrəli yataqxanası isə universitetdə təhsil alan tələbə qızlara xidmət göstərir. Bu yataqxanada 200 nəfərədək xanım tələbə yerləşə bilər. Yataqxanada aylıq ödəniş bir tələbə üçün 85 manat təşkil edir. Burada tələbələr bütün kommunal, internet xidmətləri, istirahət otaqları və s. ilə təmin olunur. Bütün otaqlar tam təmirlidir. Yataqxanaya, əsasən, sosial həssas qrupdan olan və əcnəbi xanım tələbələr qəbul olunur.

Xəbər lenti