Logo

Şərqşünas-alim Harvard Universitetinin sertifikatını alıb

19.11.2025 15:52 31 baxış
IMG

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru professor Roida Rzayeva Harvard Universiteti Kennedi Dövlət İdarəetmə Məktəbinin təşkil etdiyi “İdarəçiliyin həyata keçirilməsi: əsas prinsiplər” adlı xüsusi proqramı müvəffəqiyyətlə tamamlayaraq Harvard Universitetinin sertifikatını alıb.

Bu barədə BDU-dan bildirilib.

Proqram dəyişən dünyada lider olmaq üçün strategiyaları tədris edir, mürəkkəb təşkilati sistemlərə yanaşmağın yeni yollarını öyrədir. Eyni zamanda, proqram liderlik problemlərinin həlli yolları, qərar qəbuletmə prosesi haqda bilikləri, dəyişən dünyada ayaqda qalmaq və inkişaf etmək üçün nə etməli, şəxsi strategiyaları necə inkişaf etdirməli suallarını cavablandırmaq, bilik və səriştələri ehtiva edir.

Xəbər lenti