Logo

Müəllim tiktoka görə işdən qovuldu

26.10.2025 20:49 937 baxış
IMG

Missisipi ştatından olan 24 yaşlı müəllim Miata Borders ilk iş günündə viral TikTok videosunda bir şagirdi "qısa" adlandırdığı üçün dərhal işdən çıxarılıb.

Tehsil.biz xəbər verir ki, bu barədə New York Post xəbər yayıb.

Borders özünü "content creator" adlandırır və oktyabrın 17-də paylaşdığı "günün gedişi" videosunda ilk iş günü barədə vloq çəkib. Video 2,2 milyon baxış toplayıb və həmin görüntüdə o, məktəb tədbirində şagirdlərdən biri haqqında təhqiredici şərh edib.

Video məktəb rəhbərliyinə çatdıqdan sonra Bordersun işi dayandırılıb.

O, hərəkətlərinin səhv başa düşüldüyünü bildirib. Borders videodakı səhnələrin çox hissəsinin şagirdlər olmadığı vaxt çəkildiyini və onların çəkilməsinə qadağanın olduğunu bilmədiyini deyib. Borders həmçinin bildirib ki, "bir səhvimə görə hər şeyi itirdim".

Xəbər lenti