Logo

UNEC-də “Erkən nikah: Yarımçıq təhsil, puç olmuş arzular...” mövzusunda maarifləndirici tədbir keçirilib

24.10.2025 22:20 27 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsində “Erkən nikah: Yarımçıq təhsil, puç olmuş arzular...” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının baş müəllimi Nailə Sultanova çıxış edərək bildirib ki, qızların təhsildən uzaqlaşdırılaraq erkən yaşda ailə həyatı qurması bu gün Azərbaycanın bir sıra bölgələrinin acı reallığına çevrilib. O qeyd edib ki, Aran və Muğan bölgələrində, cənub rayonlarında, eləcə də Bakı kəndlərində erkən nikahların və qızların məktəbə buraxılmaması hallarının artması ciddi narahatlıq doğurur. Məruzəçi həmçinin qohum nikahlarının genetik və sosial fəsadları barədə ətraflı məlumat verib və bu kimi halların qarşısının alınması üçün maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb və iştirakçılara maarifləndirici tövsiyələr verilib.

Xəbər lenti