Əvvəlcə ölkə haqqında heç nə bilmirdim, çünki mətbuatda oxuduqlarım çox vaxt etibarsız olur və Azərbaycana dair məlumat, ümumiyyətlə, çox az idi.
Bu sözləri ABŞ-dan olan səyyah Doq Keysi dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfərinin yekunlarına dair brifinqdə söyləyib.
O bildirib ki, Qarabağ Universitetində tələbələrlə görüşmək onları ən çox təsirləndirən an olub.
ABŞ-dan olan səyyah tələbələrin çox mehriban, həvəsli və ağıllı, hətta Harvard, Kolumbiya kimi tanınmış ABŞ universitetlərinin tələbələrindən daha təsiredici olduqlarını deyib.
"Qarabağ Universitetində vəziyyət fərqlidir. Ümid edirəm ki, universitet yeni və yaxşı müəllimlərlə daha da inkişaf edəcək",- deyə o vurğulayıb.