Logo

“InnovateHER: Fuelling Women’s Success in STEM” layihəsinin açılış mərasimi keçirilib

21.10.2025 08:43 45 baxış
IMG

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi, Azərbaycanlı Tələbələr və MəzunlarPlatforması (ASAP), “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və “Viollete Mentorship’’ proqramının təşkilatçılığı ilə keçirilən“InnovateHER: Fuelling Women’s Success in STEM” layihəsinin açılış mərasimi baş tutub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycanlı Tələbələr vəMəzunlar Platformasının (ASAP) İdarə Heyətinin sədri MilanaMir Feyzullazadə bütün dünyada aktuallığını qoruyan əsasmövzulardan biri — gender bərabərliyinin təmin olunmasıməsələsinə toxunub. O, qadınların cəmiyyətin bütün sahələrindəfəal iştirakının zəruriliyini vurğulayaraq, onların STEM istiqamətlərinə daha çox cəlb edilməsi üçün platformanın həyatakeçirdiyi layihələr və təşəbbüslər barədə danışıb.

“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Layihələr vəkönüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva qeyd edib ki, qadınların STEM sahəsində iştirakının artırılması yalnız gender bərabərliyinin təmin edilməsi deyil, həm də cəmiyyətin sosial-iqtisadi inkişafı üçün strateji əhəmiyyət daşıyır. O bildirib ki, müasir dünyada elmi və texnoloji inkişaf dayanıqlı gələcəyinəsas dayaqlarından biridir və qadınların bu sahədə təmsilçiliyiinklüziv cəmiyyətin formalaşmasında həlledici rol oynayır.

Daha sonra Azərbaycan-Fransız Universitetinin icraçı direktoru, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoruvə Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının İdarəHeyətinin üzvü Vazeh Əskərov çıxış edərək bildirib ki, Azərbaycan qadınları tarix boyunca bir çox sahələrdə, xüsusənelm və təhsil sahəsində mühüm rol oynayıb. Onlar elmininkişafına verdikləri töhfələr ilə cəmiyyətdə öz yerlərini tapmışvə elmi araşdırmalar, ixtiralar və müxtəlif sahələrdə əldəetdikləri nailiyyətlərlə tarixə adlarını yazdırıb.

“Gender Hub Azərbaycan”ın təsisçisi və icraçı direktoruMəryəm Məcidova Azərbaycanda qadınların STEM sahəsindəkiiştirakının əhəmiyyətindən danışaraq vurğulayıb ki, elm, texnologiya, mühəndislik və riyaziyyat bu gün yalnız biliksahələri deyil, həm də müasir dünyanın qurulmasının əsasdayaqlarına çevrilib. Məryəm Məcidova o cümlədən qeyd edibki, 21-ci əsrin ideoloji xəttini məhz STEM formalaşdırır və buistiqamət gələcəyin inkişafının açarıdır.

“Viollete Mentorship” proqramının icraçı direktoru SevincHüseynova isə qadınların texnologiya və innovasiya sektorundaiştirakının artırılmasının vacibliyindən danışıb. O bildirib ki, müasir dövrdə qadınların elmi və texnoloji inkişaf proseslərinəinteqrasiyası, onların bu sahədə liderlik imkanlarınıngenişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Sevinc Hüseynovaqeyd edib ki, “Viollete Mentorship” proqramı qadınların peşəkarinkişafına dəstək göstərməklə yanaşı, onların STEM sahələrindəmentorluq və startap təşəbbüslərində iştirakını da təşviq edir.

Tədbir çərçivəsində keçirilən panel müzakirə zamanı isə “Urban NBS” şirkətinin təsisçisi Elmira Fərzəliyeva, “Metatesk” şirkətinin təsisçisi və icraçı direktoru Günay İmanzadə, “RimmSustainability” şirkətində ESG (environmental, social and governance) meneceri Zümrüd Cəlilova-Hutton və “Google”unbaş məhsul dəstəyi meneceri Esmiralda Şirinova qadınlarınSTEM sahəsindəki rolu, eləcə də onların elm və texnologiyaistiqamətlərində iştirakının genişləndirilməsi üçün zəruri olanstrategiyalar barədə danışıblar. İştirakçılar vurğulayıblar ki, busahədə qadınların fəallığının artırılması üçün həm dövlət, həmözəl sektor, həm də vətəndaş cəmiyyəti institutları arasındaəməkdaşlıq mühüm rol oynayır.

Qeyd edək ki, layihə çərçivəsində baş tutacaq mentorluqproqramı 3 ay davam edəcək. Xaricdə STEM sahəsində təhsilalmış və həmin sahədə çalışmış ASAP üzvləri arasından seçilən25 mentor, ümumilikdə 75 iştirakçıya (məktəb və universitetdətəhsil alan qadın tələbələr) dəstək göstərəcək.

 

Xəbər lenti