Logo

Pedaqoji Universitetdə mentorluq proqramı start götürüb

14.10.2025 16:20 53 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)  Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri müsabiqəsinin II mövsümünün  qalibləri üçün mentorluq proqramına start verilib. Müsabiqə çərçivəsində qalib olmuş tələbələr universitet rəhbərliyi və sturuktur rəhbərlərindən təyin edilmiş mentorlarla görüşərək şəxsi və karyera inkişafları üçün vacib mentor dəstəyi alır, mentorlarının peşəkar təcrübələrindən faydalanırlar. Həmçinin, tələbələr mütəmadi olaraq müxtəlif sturukturların real iş fəaliyyətində iştirak edərək peşəkar və karyera inkişafları üçün əhəmiyyətli praktik səriştələr qazanmaq şansı əldə edəcəklər.

Qeyd edək ki, layihənin keçirilməsində məqsəd bacarıqlı və yüksək potensiallı gənclərin müəyyən edilərək onların inkişafına dəstəyin göstərilməsi və universitetin gələcək kadr bankının formalaşdırılmasıdır. Universitetin müxtəlif fakültələrindən olan ümumilikdə 800-dək tələbəni əhatə edən və  üç mərhələdən ibarət seçim prosesinin sonunda 10 tələbə qalib adını qazanıb. Qaliblər 1000AZN dəyərində pul mükafatı və qiymətli hədiyyələrlə yanaşı, Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş mentorluq proqramında iştirak hüququ da əldə ediblər.

Mentorluq proqramının 1 il davam etməsi nəzərdə tutulub. Proqramı uğurla başa vuran tələbələr müvafiq şəhadətnamə ilə təltif olunacaqlar, həmçinin ADPU-nun kadr bankına daxil edilməklə karyera imkanı əldə edəcəklər.

Xəbər lenti