Logo

Prof.Mahirə Hüseynova prof.İsmayıl Kazımovun 70 illik yubileyində iştirak edib

16.10.2025 10:08 36 baxış
IMG

15 oktyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda görkəmli alim, filologiya elmlər doktoru, professor İsmayıl Kazımovun anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, professor Nadir Məmmədli professor İsmayıl Kazımovun zəngin elmi irsi, pedaqoji fəaliyyəti və yüksək insani keyfiyyətləri haqqında geniş çıxış edib. Nadir Məmmədli qeyd edib ki, İsmayıl Kazımov uzun illər ərzində Azərbaycan dilçiliyinin inkişafına, xüsusilə türk dillərinin müqayisəli tədqiqinə mühüm töhfələr verib.

Tədbirdə fəxri qonaq qismində iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova İsmayıl Kazımovun çoxşaxəli elmi fəaliyyətindən bəhs edib. O, professoru elmi-nəzəri baxışları, şəxsi keyfiyyətləri və yenilikçi fikirləri ilə seçilən alim kimi səciyyələndirərək ona möhkəm cansağlığı və gələcək elmi fəaliyyətində uğurlar arzulayıb.

Sonra professor İsmayıl Məmmədli “İsmayıl Kazımovun yaradıcılığı haqqında fikirlər”, professor İlham Tahirov “İsmayıl Kazımovun türkoloji qurultay və simpoziumlardakı çıxışları”, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə İsmayılova “İsmayıl Kazımovun Müasir Azərbaycan dili şöbəsindəki fəaliyyəti”, filologiya üzrə fəlsəfə doktoru Dilbər Camali “İsmayıl Kazımovun türkoloji görüşləri” və filologiya üzrə fəlsəfə doktoru İmanyar Quliyev “İsmayıl Kazımovun elmi-publisistik yaradıcılığı” adlı məruzələrlə çıxış ediblər.

Sonda yubilyarın elmi fəaliyyəti ilə bağlı professor Sayalı Sadıqovanın, professor İlhami Cəfərsoyun, professor Sevil Mehdiyeva, dosent Baba Məhərrəmlinin, dosent Elçin İsmayılovun və dosent Şəkər Orucovanın çıxışları dinlənilib, xatirə şəkli çəkilib.


 

Xəbər lenti