Logo

ADPU-da Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr edilmiş konfrans keçiriləcək

10.10.2025 12:05 105 baxış
IMG

Oktyabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ADPU və Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu  nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru prof. Asəf Zamanov və professor-müəllim heyəti iştirak edib.
Görüşdə ADPU və Neft-Kimya Prosesləri İnstitutu arasında elmi əməkdaşlığın gücləndirilməsi, birgə tədqiqatların təşkili, elmi nəşrlərin hazırlanması və gənc tədqiqatçıların birgə fəaliyyətinin təşviqi istiqamətində əməkdaşlıq imkanları da müzakirə edilib.
Görüş çərçivəsində hər iki qurum və Naxçıvan Dövlət Universitetinin birgə əməkdaşlığı ilə 25-26 noyabr tarixlərində ADPU-da Akademik Yusif Məmmədəliyevin anadan olmasının 120-ci ildönümünə həsr olunmuş “Kimya, texnologiya, ekologiya” respublika elmi konfransının keçirilməsi qərara alınıb. Konfransın proqramın məzmunu, elmi istiqamətlər, təşkilati və texniki məsələlər, eləcə də iştirakçıların cəlbi və məruzələrin qəbulu ilə bağlı təkliflər səsləndirilib, Təşkilat Komitəsinin tərkibi təsdiqlənib.

Xəbər lenti