Logo

AzTU-da su ehtiyatlarından səmərəli istifadəyə dair görüş keçirilib

16.10.2025 15:14 33 baxış
IMG

15 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərenerji ASC, Azərbaycan Elmi Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu və Bakı Mühəndislik Universitetinin əməkdaşlarının iştirakı ilə görüş keçirilib. 

TƏHSİL.BİZ  xəbər verir ki, görüş zamanı süni yağış və havadan suyun alınması üzrə qurğular, eləcə də aerokosmik məlumatların əldə olunması və emalı məsələləri müzakirə olunub. Bakı Mühəndislik Universitetinin professoru Elçin Qurbanov tərəfindən təqdim edilən layihə çərçivəsində bu texnologiyaların tətbiqi və məlumatların emalı imkanları ətraflı şəkildə müzakirə olunub.         

Qeyd edək ki, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” Azərbaycan Respublikasının Prezidentinin 2024-cü il 10 oktyabr tarixli, 320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş və 2024–2027-ci illəri əhatə edir.  Strategiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “2024–2027-ci illərdə Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planı” hazırlanmış və təsdiq edilmişdir. Nazirliyin Tədbirlər Planına əsasən, ümumilikdə 5 prioritet istiqamət, 12 məqsəd, 32 tədbir və 109 indikator müəyyən edilmişdir ki, 4 tədbir və 26 indikator üzrə Nazirlik əsas icraçı, 28 tədbir və 83 indikator üzrə isə digər icraçı qismində çıxış edir.

16 oktyabr 2025-ci il tarixində keçirilmiş görüş Strategiyanın icrasına dair Nazirliyin təşkilatçılığı və digər icraçı qurumların iştirakı ilə birgə keçirilən sayca beşinci görüş olub. 

 

 

Xəbər lenti