Logo

BSU-nun rektoru və Milli Observatoriyanın sədri arasında görüş keçirilib

17.10.2025 15:09 36 baxış
IMG

Oktyabrın 16-da Bakı Slavyan Universitetində (BSU) universitetin rektoru Anar Nağıyev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli arasında görüş keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə BSU-dan məumat verilib.

Rektor Anar Nağıyev qonaqları salamlayaraq qeyd edib ki, BSU-nun əsas hədəflərindən biri məzunların əmək bazarına uğurlu adaptasiyasını təmin etmək və onların bilik, eləcə də bacarıqlarını real iş mühitinin tələblərinə uyğunlaşdırmaqdır. 

Milli Observatoriyanın rəhbəri Elnur Səfərli qurumun əmək bazarının analizi, proqnozlaşdırılması və təlim mərkəzlərinin fəaliyyəti barədə məlumat verərək, universitetlərlə əməkdaşlığın bu prosesdə mühüm rol oynadığını bildirib.

Görüş zamanı BSU-da tədris olunan ixtisasların əmək bazarının tələblərinə uyğunluğu, birgə araşdırmaların aparılması və tədris proqramlarının müvafiq nəticələr əsasında yenilənməsi məsələləri və gələcəkdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.

Tərəflər bu cür görüşlərin davamlı keçirilməsinin təhsil və əmək bazarı arasında əlaqələrin möhkəmlənməsinə, məzunların peşəkar inkişafına və ölkənin sosial-iqtisadi potensialının yüksəldilməsinə töhfə verəcəyini vurğulayıblar.

 

 

 

 


 

Xəbər lenti