Logo

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində BDU-da oxuyan əcnəbi tələbələrlə görüş olub

22.10.2025 12:24 34 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev 2025/2026-cı tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində BDU-da təhsil alan tələbələrlə görüşüb.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, rektor universitetin tədris mühiti, elmi fəaliyyəti, beynəlxalq əlaqələri, tələbə həyatı barədə ətraflı məlumat verib. O vurğulayıb ki, xarici tələbələrin təhsil və sosial məsələləri universitet rəhbərliyinin daim diqqət mərkəzindədir. Elçin Babayev onların gələcək fəaliyyətlərində BDU-da qazandıqları biliklərin mühüm rol oynayacağına əminliyini bildirib.

Rektor xarici tələbələrin təhsil və yaşayış şəraitləri, ölkəmizlə bağlı təəssüratları ilə yaxından maraqlanıb, onların fikir və təkliflərini dinləyib. Tələbələrə təkcə tədris sahəsində deyil, BDU-nun sosial və ictimai həyatında da fəal iştirak etməyi tövsiyə edib.

 

Xəbər lenti