Logo

Koreyalı professor-müəllim heyəti BMU-nun tədris və innovativ mühiti ilə tanış olub

24.10.2025 12:17 26 baxış
IMG

Koreya Respublikası İNHA Universitetinin professor-müəllim heyəti Bakı Mühəndislik Universitetinin (BMU) laboratoriyalarında və Texnoparkda olub.

BMU-dan bildirilib ki, tanışlıq zamanı qonaqlara laboratoriyalarda tədris və tədqiqat işlərinin aparılması üçün yaradılmış şərait barədə məlumat verilib. Bildirilib ki, laboratoriyalar müasir avadanlıqlarla təmin olunub, tələbələrin praktiki biliklərinin artırılması üçün geniş imkanlar yaradılıb.

Bununla yanaşı, BMU Texnoparkında startapların, innovativ layihələrin və sənaye-təhsil əməkdaşlığının inkişafı istiqamətində görülən işlər nümayiş etdirilib və yüksək qiymətləndirilib.

Ziyarət zamanı BMU ilə İNHA Universiteti arasında elmi-tədqiqat və təcrübə imkanlarının genişləndirilməsi, həmçinin birgə fəaliyyətin daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, nümayəndə heyəti BMU ilə İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının icra vəziyyətinin növbəti monitorinqi məqsədilə ölkəmizdə səfərdədir.

Xəbər lenti