Logo

6600-dən çox müəllimin maaşı 35 faiz artacaq

24.10.2025 09:21 46 baxış
IMG

2025-ci il üçün təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi başa çatıb. 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən TƏHSİL.BİZ -ə verilən xəbərə görə, sertifikasiya imtahanında iştirak edən müəllimlərin 6628 nəfəri 51 və yuxarı bal toplayıb. Qeyd olunan nəticəni göstərən müəllimlərin maaşlarına 35 faiz artım əlavə olunacaq.

Bundan əlavə, 11 316 nəfər iştirakçı 30–50 bal aralığında nəticə göstərib, həmin müəllimlərin maaşlarına isə 10 faiz artım əlavə olunacaq.

Test və müsahibə mərhələsində uğur qazanmayan və ya iştirak etməyən 3129 müəllim üçün isə təlimlər təşkil ediləcək.

Xəbər lenti