Logo

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22.10.2025 16:03 38 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda Türkiyə Dokuz Eylül Universitetinin Biokimya şöbəsinin professoru Levent Çavaşın təqdimatında “Mövcud problemlər antifoulinq boyalar və biosidlər” mövzusunda elmi seminar keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə Botanika İnstitutundan məlumat verilib.

Seminarda L.Çavaş qeyd edib ki, çirklənmə dəniz nəqliyyatında enerji itkisinin, iqtisadi zərərin və ekoloji vəziyyətin dəyişilməsinin əsas mənbələrindən sayılır. Antifoulinq texnologiyalarının inkişafı bu problemlərin azaldılmasında mühüm rol oynayır. Alim vurğulayıb ki, gələcək tədqiqatlarda nanomaterialların, bioaktiv təbii maddələrin və ekoloji təmiz örtüklərin alınması həm effektiv, həm də davamlı həll yollarını özündə cəmləşdirir.

Daha sonra mövzu ətrafında geniş müzakirə aparılıb.

Xəbər lenti