Oktyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Könüllüləri Tələbə Birliyinin təşkilatçılığı və ADPU-nun Gənc Məzunlar Assosiasiyasının dəstəyi ilə “XXI əsr müəllimi – Müasir dövrün psixoloji və pedaqoji bacarıqları” adlı layihəyə start verilib.
Layihənin ilk qonağı Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) İdarə Heyətinin üzvü Orxan Cəfər olub. Görüşdə Tədbirlərin təşkili və tələbələrlə iş üzrə şöbənin müdiri Turan Kərimli, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev, Tədbirlərin Təşkili və Tələbələrlə İş üzrə şöbənin baş mütəxəssisi İsmayıl Nəsirov, universitetin müəllimləri və tələbələri iştirak ediblər.
Orxan Cəfər çıxışında XXI əsrin müəllim modeli, şagirdlərlə emosional əlaqə qurma yolları, müəllimlərdə emosional dayanıqlığın formalaşdırılması, stressin idarə olunması və digər aktual mövzulara toxunub. Görüş təqdimat və qarşılıqlı, dinamik sual-cavab formatında keçib.