Logo

DÜNYA REYTİNQ CƏDVƏLLƏRİNDƏ YER TAPMAĞA ÇƏTİNLİK ÇƏKƏN UNİVERSİTETLƏRİMİZ ÜÇÜN GERÇƏK İPUCLARI

23.10.2025 16:41 519 baxış
IMG

Etiraf etməliyik: dünyanın aparıcı universitet reytinqləri təşkilatlarının hesabatları, siyahıları:THE (Times Higher Education), QS World University Rankings, ARWU (Academic Ranking of World Universities) və digərləri – təsadüfi şəkildə hazırlanmış adlar ardıcıllığı deyil. Onlarınarxasında elmi nəşriyyat dünyasının nəhəngləri – Elsevier, Springer, Taylor & Francis, Sage, Brill, MDPI, JMIR, PLOS ONE və daha onlarla beynəlxalq şirkət dayanır.

Bu reytinqlərin hesabatları həmin şirkətlərin statistik bazalarına, elmi məqalə arxivlərinə vəqlobal sitat şəbəkələrinə əsaslanır. Başqa sözlə, THE-nin əsas məlumat mənbəyi  Elsevier-in Scopus platformasıdır. Bu isə o deməkdir ki, busistemlərdə görünmək üçün sadəcə adla yox, elmiməlumat dövriyyəsinə real şəkildə qoşulmaq lazımdır.

Amma sual yaranır: Bizim universitetlər bu nəhəng şəbəkələrə hansı kanallarla qoşulub? Elsevier və ya Springer-in hansı əməkdaşı indiyədək region universitetlərimizdə mühazirəoxuyub, elmi seminar aparıb? Cavab, çox təəssüfki, yoxdur. Hətta adama nağıl kimi görünür.

 

Hind Universitetlərinin Dərsi: Şəffaflıq, Açıqlıq, Hesabatlılıq

Maraqlı bir fakt: Web of Science platformasının əməkdaşlarının böyük əksəriyyətihind əsillidir. Hindistanın ucqar şəhərlərindəki ali məktəblərdə belə, müəllim heyətinin elmi göstəricilərini açıq nümayiş etdirən rəqəmsal platformalar mövcuddur.

Bir kliklə müəllimin ORCID ID-si, Researcher ID-si, ScopusWoS profilləri, Google Scholar istinadları, hətta Semantic Scholar-dakı nəşrləri görünür.

Belə şəffaflıq həm tələbəyə, həm valideynə, həm də beynəlxalq ictimaiyyətə mesaj verir: “Budur bizim universitet, budur bizim elmi gücümüz.”

Bəs bizdə? Ən qabaqcıl universitetlərimizin belə bu cür sistemləri yoxdur. Niyə? Elmi səviyyəni gizlətmək üçünmü? Yoxsa belə bir platforma yaratmaq üçün iradə çatışmır?

Əgər biz öz müəllimlərimizin elmi qüdrətini bilmiriksə, dünya bizə necə inanacaq?

 

Məqalə sayı var, amma məna yoxdur

 

Statistikada rəqəmlər var, amma məzmun yoxdur. Bəli, ölkə alimlərinin beynəlxalq jurnallarda nəşr olunan məqalələrinin sayı artır. Amma sual budur: bu məqalələr nədən yazılıb?

Bəzən həmin yazılarda ölkəmiz əleyhinə qərəzli fikirlər səsləndirilir, biz isə sevinclə o yazıları statistik göstəriciyə əlavə edirik.

Oxuyan varmı? Təhlil edən varmı? Təəssüf ki, çox zaman yox. Elə bil, biz sadəcə “nəşr olunub” deməklə elmi prosesdə iştirak etdiyimizi zənn edirik. Halbuki elm – rəqəmdə yox, məzmunda başlayır.

 

Sosial-humanitar elm – Unudulmuş sahə

 

Texniki elmlərdə müəyyən uğurlarımız var: riyaziyyat, mexanika, fizika. Amma sosial-humanitar sahədə vəziyyət acınacaqlıdır.

Sual verin özünüzə: Niyə əsrlik tarix və pedaqogika jurnallarımız hələ də beynəlxalq bazalarda yoxdur? Niyə ədəbiyyat elminin zəngin irsinə sahib bir xalq kimi dünyada tanınan“Language and Literature” səviyyəsində jurnalımız yoxdur?

Hindistanın iki illik jurnalı ERIH PLUS-da yeralır, amma bizim yüzillik elmi məcmuələrimiz – yox. Niyə? Çünki təqdimat yoxdur. Çünki sistem yoxdur. Çünki dünya səhnəsinə çıxmaq istəyi yoxdur.

 

ARWU – Akademik reytinq sistemlərinin ən etibarlısı

2003-cü ildən Şanxay Jiao Tong Universiteti tərəfindən hazırlanan ARWU (Academic Ranking of World Universities) bu gün dünyanın ən nüfuzlu elmi reytinq sistemlərindən biridir. Onun məqsədi universitetlərin akademik fəaliyyətini və elmi məhsuldarlığını obyektiv göstəricilər əsasında qiymətləndirməkdir.

ARWU hesabatları aşağıdakı mənbələrdən toplanan məlumatlar əsasında hazırlanır:

a) Nobel mükafatı laureatları – universitetin məzunları və əməkdaşları arasında Nobel qaliblərinin sayı.

Mənbə: http://www.nobelprize.org


b) Fənn medalı laureatları – xüsusilə riyaziyyatsahəsində “Fields Medal” qalibləri.
Mənbə: http://www.mathunion.org/medals/


c) Yüksək istinadlı tədqiqatçılar – Clarivate Highly Cited Researchers siyahısında yer alan alimlər.

Mənbə: http://www.isihighlycited.com


d) Nature və Science jurnallarında nəşr olunanməqalələr – elmin ən nüfuzlu mənbələrində çapolunan işlərin sayı və keyfiyyəti.
Mənbə: http://www.isiknowledge.com


e) Science Citation Index-Expanded və Social Science Citation Index bazalarındakı məqalələr – universitet əməkdaşlarının elmi məhsuldarlığı vəistinad səviyyəsi.

Mənbə: http://www.isiknowledge.com


Bu kriteriyalar sadəcə rəqəm deyil – universitetin beynəlxalq elmi reputasiyasını formalaşdıran sütunlardır.

   

Universitetlər üçün real istiqamətlər

1. Ciddi beynəlxalq əməkdaşlıqlar qurulsun. Birgəlayihələr, konfranslar, mübadilə proqramları – bunlar universiteti qlobal məkana tanıdır.

2. Yüksək standartlı elmi jurnal təsis edilsin. Elmi səviyyə qalxdıqca, xarici alimlər özləri sizə gələcək.

3. İngilisdilli tədris proqramlarının sayı və keyfiyyəti artırılsın. Elm yalnız milli dildə deyil, qlobal dildə danışmalıdır.

4. Xarici alimlərdən ibarət daimi heyət yaradılsın. Universitet qapılarını açıq tutmalıdır.

5. Elmi fəaliyyətə şəffaf nəzarət sistemi qurulsun. Hər müəllimin elmi göstəricisi cəmiyyətə açıqolmalıdır.

6. Gənc alimlərə real dəstək verilsin. Onlar sabah universitetin adını dünya səhnəsində ucaldacaqlar.

7. Xaricdən tələbə cəlb edilsin. Xarici tələbəsi olmayan universitetin beynəlxalq status iddiası zəif səslənir.

 

Elm göstərilmədikcə görünmür

 

Dünyada indi elm həm də görünmək bacarığıdır. Onlayn şəffaflıq, ingilis dilində elmi nəşrlər, beynəlxalq platformalarda iştirak – bunlar universitetin gələcəyini müəyyən edən əsas göstəricilərdir.

Əgər universitetlərimiz ingilis dilində elmi jurnal nəşr edə bilmirsə, bu, texniki deyil, zehni baryerdir. Dünya artıq qapısını açıb – sadəcə içəri daxil olmaq lazımdır.

 

Rahil Nəcəf



 

Xəbər lenti