Logo

Bakı Dövlət Universitetinin və “HRENGINEERING” şirkətinin əməkdaşları arasında görüş keçirilib

24.10.2025 22:06 33 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş mərkəzinin və “HRENGINEERING” MMC-nin nümayəndələri arasında onlayn görüş keçirilib.

BDU-dan bildirilib ki, görüşdə Mərkəzin Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova tələbə və məzunların peşəkar inkişafına dəstək göstərmək məqsədilə keçirilən təlimlər və infosessiyalardan danışıb. Bildirib ki, işəgötürənlərlə əlaqələr genişləndirilir, tələbələrə və məzunlara faydalı layihələr təqdim edilir.

“HRENGINEERING” MMC-nin baş direktoru Aynur Mirzəzadə şirkətin fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, “HRENGINEERING” 2012-ci ildən dayanıqlı insan resursları sistemlərinin qurulması və işçi potensialının inkişafı sahəsində fəaliyyət göstərir. O, təlim, işə qəbul, təşkilati transformasiya, layihələrin idarə edilməsi və məsləhət xidmətləri kimi istiqamətlərdə fəaliyyətin aparıldığını vurğulayıb.

Görüşdə insan resurslarının idarə olunması, liderlik və fərdi inkişaf, maliyyə və mühasibatlıq, satış və marketinq, informasiya texnologiyaları kimi sahələrdə birgə təlim proqramlarının həyata keçirilməsi imkanları müzakirə olunub. Həmçinin şirkətin “Karyera məsləhəti” layihəsi çərçivəsində “Karyera planlaşdırılmasına giriş”, “CV və müraciət məktubu hazırlığı”, “Müsahibə bacarıqları” və “Şəxsi brendin formalaşdırılması” mövzularında təlimlərin keçirilməsi nəzərdə tutulub.

Sonda tərəflər əməkdaşlıq imkanlarının genişləndirilməsi, tələbə və məzunların peşəkar inkişafına xidmət edən birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər.

Xəbər lenti