Dövlət İmtahan Mərkəzi (DİM) musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı xüsusi müsabiqənin test imtahanını keçirib.
DİM-in mətbuat xidmətindən verilən məlumata görə, imtahan mərkəzin elektron imtahanlar korpusunda kompüter vasitəsilə aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr, həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahanda 118 namizəd iştirak edib.
Test mərhələsində tələb olunan keçid balını toplayaraq uğur qazanan namizədlər müsahibə mərhələsinə buraxılır.
İmtahanın məzmunu ilə bağlı müraciətlərə oktyabrın 28–29-da Dövlət İmtahan Mərkəzində baxılacaq.