Logo

Teatr Xadimləri İttifaqında “Konstitusiya və Suverenlik İli” tədbiri

26.10.2025 20:55 39 baxış
IMG

Oktyabrın 24-də Azərbaycan Teatr Xadimləri İttifaqında “Konstitusiya və Suverenlik İli” çərçivəsində iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Beynəlxalq Ekologiya Akademiyasının həqiqi üzvü Vahid Novruzovun teatr xadimləri ilə görüşü keçirilib.

Tədbirin aparıcısı ATXİ sədrinin müavini, Xalq artisti İlham Namiq Kamal qonağı və görüş iştirakçılarını salamlayıb. Sonra söz ATXİ-nin sədri Xalq artisti Hacı İsmayılova verilib.

Hacı İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunmasının əhəmiyyətini qeyd edib, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan dövlətinin bu gün özünün ən güclü inkişaf dövrünü yaşadığını vurğulayıb.

Sonra Vahid Novruzov “Konstitusiya və suverenlik milli mənəvi dəyərlər kontekstində” mövzusunu əhatə edən geniş məruzə təqdim edib. Məruzədə Azərbaycanın daxili və xarici siyasəti sahəsindəki uğurlardan, Ulu öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın tarixindən söz açılıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam bərpa etməsi tariximizin ən şanlı salnaməsidir.

Tədbirdə Ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin dövlətçilik fəaliyyətini əks etdirən videogörüntülər nümayiş etdirilib.

Xəbər lenti