Logo

“Müasir Azərbaycan və türk fəlsəfi əlaqələri” - beynəlxalq konfrans

28.10.2025 16:07 43 baxış
IMG

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Müasir Azərbaycan və türk fəlsəfi əlaqələri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bu barədə TƏHSİL.BİZ-ə institutudan bildirilib. Konfransı açan Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə vurğulayıb ki, Azərbaycan və türk xalqlarının fəlsəfi əlaqələri bu gün sadəcə elmi əməkdaşlıq çərçivəsində deyil, həm də ümumtürk mədəni-fəlsəfi kimliyinin formalaşması prosesində mühüm rol oynayır. Hər iki xalqın düşüncə tərzi keçmiş köklərdən qaynaqlanır: mənəviyyat, azadlıq, ədalət və milli varlıq ideyaları. “Müasir dövrdə bu ortaq fəlsəfi istiqamət təkcə regional deyil, həm də qlobal fəlsəfi məkanda türk sivilizasiyasının intellektual töhfəsini formalaşdırır. Bu baxımdan da Azərbaycan və türk fəlsəfələrinin inteqrasiyası gələcəkdə Türk dünyasının elmi və mədəni inkişafında strateji əhəmiyyət daşıyan bir mərhələ kimi qiymətləndirilir”, - deyə o qeyd edib.

Bildirilib ki, bu əlaqələr Türk dünyasının intellektual birliyini və gələcək mədəni strategiyasını formalaşdıran əsas sütunlardan biridir. Müasir Azərbaycan və türk fəlsəfi əlaqələri ortaq mədəni, tarixi və mənəvi dəyərlər üzərində formalaşır, həm də milli kimliyin fəlsəfi əsaslarının möhkəmləndirilməsi, Türk dünyasının mənəvi birliyinin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, tarix və ənənənin yeri bu kontekstdə vacibdir. Müasirlik bizdən yeni baxışlar tələb edərək, həm fəlsəfi, həm sosioloji, həm siyasi aspektdə ola bilər. Bu mərhələdə Azərbaycan və Türk dünyası ilə fəlsəfi əlaqələr yalnız ümumi mədəni yaxınlıqla məhdudlaşmır, həm də ortaq dünyagörüşün, milli kimliyin və türk fəlsəfi sisteminin formalaşmasına yönəlib.

Sonra (onlayn) Yıldırım Bayazit Universitetindən Mehtap Doğan, Əl-Fərabi adına Qazax Milli Universitetinin kafedra müdiri, professor Nagima Baytenova, tarix elmləri doktoru Eynulla Mədətli, Hacı Təpə Universitetinin Xarici əlaqələr şöbəsinin müdiri Anar Somuncuoğlu, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov çıxış ediblər.

Xəbər lenti