Logo

UNEC SABAH qruplarında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş seminar keçirilib

28.10.2025 15:13 35 baxış
IMG

UNEC SABAH Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş seminar keçirilib.

Seminarın məqsədi tələbələrə Azərbaycanın tarixi Qələbəsinin siyasi, ideoloji və milli əhəmiyyətini çatdırmaq, gənclərdə vətənpərvərlik ruhunu daha da gücləndirmək olub.

SABAH qrupunun müəllimi Şəbnəm Həsənova 8 Noyabr – Zəfər Gününü çağdaş Azərbaycan tarixində ən önəmli günlərdən biri olduğunu bildirib. O, çıxışında dövlət başçısının azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində gördüyü genişmiqyaslı işlərdən, həmçinin bu prosesdə milli birliyin və dövlət-xalq həmrəyliyinin rolundan danışıb.

Seminar iştirakçıları bildiriblər ki, Zəfər Günü xalqımızın qəhrəmanlıq salnaməsi olmaqla yanaşı, gələcək nəsillərə vətən sevgisi, milli dəyərlərə sadiqlik və dövlətçilik ənənələrinin qorunması kimi ali ideyaları aşılayır.

Xəbər lenti