Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi dosent Elmira Cəfərova Y.Qulyamov adına Səmərqənd Arxeoloji İnstitutu tərəfindən keçirilən “Mərkəzi Asiya xalqlarının tarixi və mədəni irs obyektlərinin fənlərarası tədqiqi və mühafizəsi: nailiyyətlər və perspektivlər” adlı beynəlxalq elmi-praktik konfransda çıxış edib.
Arxeologiya və Antropologiya İnstitutundan bildirilib ki, onun “Müasirliklə dialoq məkanında arxeoloji irs” mövzusunda ingilis və rus dillərində məruzəsi böyük maraq doğurub.
Konfransda Azərbaycan, Özbəkistan, Qazaxıstan Fransa, Yaponiya, Rusiya və digər ölkələri təmsil edən arxeoloq-alim və tədqiqatçıların elmi məruzələri dinlənilib.
Konfrans iştirakçıları 2001-ci ildən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Səmərqənd şəhərinin ərazisində və yaxınlığında yerləşən bir sıra tarixi-arxeoloji abidələrlə, o cümlədən qədim və erkən İslam mədəniyyətlərini özündə əks etdirən Əfrasiyab şəhərgahı və muzey kompleksi ilə tanış olublar.