Logo

Birol Akgün: Dünya ölkələrinin süni intellekt etikası barədə düşünməsi lazımdır

28.10.2025 15:08 34 baxış
IMG

Həyatımızın hər sahəsində özünə yer tapan süni intellekt bir yerdən sonra özü ilə ciddi problemlər də gətirir. Onun etikası burada ortaya çıxan əsas məsələdir və istər Türk dünyası, istərsə də bütün dünya ölkələrinin bu məsələdə düşünməsi lazımdır.

Bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda keçirilən Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransında çıxışı zamanı bildirib. Səfir Azərbaycanın ilk və ən köklü ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetində günümüzün həm aktual, həm də vacib məsələsinə çevrilən süni intellektin etikasına dair konfransın Türk dünyası üçün xüsusi əhəmiyyət ifadə etdiyini vurğulayıb. “Türk dünyasının bu mövzuda ilk beynəlxalq konfransı olan tədbirdə ortaya çıxacaq suallar və onların həlli istiqamətində təqdim olunan təkliflər yeni çağırışlar üçün operativ yanaşma təqdim edəcək. Bu gün burada ortaya qoyacağımız vizyon gələcəyin dünyasına təsir göstərəcək”, - deyə o əlavə edib.

Xəbər lenti