Logo

Güney Azərbaycanda keçmiş baş nazirin erməni fitnəsi haqqında kitabı çap edilib

07.01.2023 23:52 242 baxış
IMG

Pəhləvi hakimiyyəti dövründə İranda baş nazir olmuş Məhəmmədəli Furuğinin “Erməni üsyanı” adlı kitabı çapdan çıxıb.

Tehsil.biz xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat paylaşıb.

Məlumata görə, kitab urmiyalı tarixçi və tədqiqatçı Tohid Məlikzadə tərəfindən nəşrə hazırlanıb.

Azərbaycanlı tədqiqatçının geniş ön söz yazdığı kitabda Osmanlı imperiyasında ermənilərin üsyanı, bunun kökləri və törətdikləri əməllər inkarolunmaz faktlarla təqdim olunub.

Xəbər lenti