Logo

BMU-da Azərbaycanın nəqliyyat sistemi ilə bağlı elmi-praktik konfrans keçiriləcək

17.05.2024 14:27 211 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) təşkilatçılığı ilə mayın 24-25-də “Azərbaycan beynəlxalq nəqliyyat sistemində: hədəflər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

BMU-dan "Tehsil.biz"ə bildirilib ki, yerli alimlər və müxtəlif ölkələrdə çalışan elm adamları, mühəndislər, ali məktəblərin professor-müəllim heyəti, doktorant, dissertant və magistrantlar üçün nəzərdə tutulan konfrans tədqiqat bacarıqlarını inkişaf etdirmək və elmə əhəmiyyətli töhfələr vermək məqsədi daşıyır.

Konfransda nəqliyyatın aktual problemləri geniş müzakirə olunacaq. Eyni zamanda, nəqliyyat logistikası, nəqliyyat dəhlizlərinin işi, hərəkətin təşkili, nəqliyyatda təhlükəsizlik və risklərin idarə edilməsi, nəqliyyat vasitələrinin etibarlılığı, dünya və region üçün böyük əhəmiyyətə malik olan qlobal istiləşmə, alternativ enerjiyə keçid istiqamətlərində məruzələr dinləniləcək.

Konfrans barədə daha ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə etmək mümkündür: https://bit.ly/42FqwDH

Xəbər lenti