Logo

“Yuğ” teatrı “21:45 qatarı” premyera tamaşasını növbəti dəfə təqdim edib - FOTO

18.05.2024 14:44 183 baxış
IMG

Dövlət “Yuğ” Teatrında “21:45 qatarı” adlı premyera tamaşası növbəti dəfə tamaşaçılara təqdim edilib.

Tehsil.biz xəbər verir ki, ekzistensial oyun janrında olan tamaşa Türkiyə dramaturqu Toyqun Orbayın eyniadlı pyesi əsasında səhnələşdirilib.

Tamaşanın quruluşçu rejissoru “Yuğ” teatrının baş rejissoru Mikayıl Mikayılovdur. Rolları Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artistlər Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova və aktyorlar Vüqar Hacıyev, Elgün Həmidov, Zümrüd Qasımova ifa ediblər.

Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, rejissor assistenti Günel Səfərovadır.

Xəbər lenti