Logo

"Hazırda elektron imtahanlar korpusunda 700 nəfər imtahan verir"

18.05.2024 12:06 260 baxış
IMG

"Bu gün “Yüksəliş”in qabiliyyət imtahanı təkcə bu binada deyil, başqa binalarda da keçirilir. İmtahan verənlərin sayı çoxdur".

Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda elektron imtahanlar korpusunda 700 nəfər imtahan verir:

"Günün ikinci yarısında da bir o qədər şəxs imtahan verəcək. Eləcə də sabah bu qayda ilə imtahanlar təşkil ediləcək. Beləliklə, iki gün ərzində burada 2800 nəfər tamamilə şəffaf və yaxşı şəraitdə imtahan verəcəklər”.

Xəbər lenti