Logo

Attestatla universitetlərə qəbul mümkün ola bilər?

18.05.2024 11:22 197 baxış
IMG

"Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir".

Tehdil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sıfır balla da attestat alan var: "Amma bu balla universitetə qəbul olmaq mümkün deyil. Ancaq ola bilsin ki, model dəyişsin".

DİM sədri həmçinin abituriyentlərə də müraciət edib:

"İxtisas seçimini, elektron qeydiyyatı kiməsə həvalə etmək doğru deyil".

Xəbər lenti