Logo

"14 təhsil müəssisəsində ibtidai sinif müəllimliyi ixtisası akkreditasiyası həyata keçirilir"

17.05.2024 11:59 331 baxış
IMG

"Bu ilin qrafikinə uyğun olaraq, ali təhsil müəssisələrinin institusional, eyni zamanda, proqram akkreditasiyası həyata keçirilir".

"Tehsil.biz"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov deyib.

Onun sözlərinə görə, agentlik tərəfindən 14 təhsil müəssisəsində ibtidai sinif müəllimliyi ixtisası üzrə akkreditasiya həyata keçirilir:

“İlk olaraq ibtidai sinif müəllimliyi ixtisası akkreditasiyası həyata keçirilir. Təəssüf ki, ilkin məlumatı paylaşa bilmirik. Hazırda proses gedir. 14 təhsil müəssisəsində bu proses il boyu həyata keçiriləcək”.

Kənan Nağıbəyli

Xəbər lenti