Logo

“Dərbəndin müdafiə-istehkam qurğuları (qədim dövrdən XX əsrin əvvəllərinə qədər)” kitabı çap olundu

17.05.2024 14:39 295 baxış
IMG

Milli Müdafiə Universitetində “Dərbəndin müdafiə-istehkam qurğuları (qədim dövrdən XX əsrin əvvəllərinə qədər)” kitabı işıq üzü görüb.

Tehsil.biz xəbər verir ki, geniş oxucu üçün nəzərdə tutulan əsər müəllifi Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyevdir.

Kitab Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunda hazırlanıb və Dərbənddə hərbi istehkamlar və müxtəlif təyinatlı müdafiə qurğuların inşası tarixinə həsr olunub.

Nəşrdə Dərbənd ərazisində qədim dövrdə və orta əsrlərdə baş vermiş tarixi hərbi-siyasi hadisələr və müharibələrdən bəhs olunur. Həmçinin Xəzər dənizinin qərb sahilləri uğrunda apardıqları qanlı mübarizədə Dərbənd keçidinin mühüm hərbi-strateji əhəmiyyəti əksini tapıb. Yadellilərin hücumlarından qorunmaq və müdafiə olunmaq məqsədilə həmin ərazilərdə müxtəlif təyinatlı müdafiə-istehkam qurğuların qədim dövrdə yaranması prosesi kitabda tədqiq olunur və orta əsrlərdə inkişafı məsələləri işıqlandırılır.

Hazırda Azərbaycan tarixşünaslığında Dərbənd Şimali Azərbaycanın ən qədim şəhərlərindən biri və Şərqin qədim memarlıq abidəsi kimi öyrənilir. Təqdim edilən nəşr respublikanın ali humanitar və xüsusi təyinatlı tədris müəssisələrinin adyunkt və dissertantları, professor-müəllim heyəti, tələbələri və kursantları, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Xəbər lenti