Logo

UNEC-də növbəti ictimai müzakirə: "Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan"

16.05.2024 15:08 171 baxış
IMG

Prezident İlham Əliyevin yeni dövrün əsas milli ideyası və ideyaları ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) start verilən “Gələcək özümü gələcək?” adlı növbəti ictimai müzakirə “Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan: yaşıl müqayisəli üstünlüklər, rəqəmsal dayanıqlılıq” mövzusunda olub.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib. 

Rektor Ədalət Muradov bildirib ki, Prezident İlham Əliyevin yeni milli ideyaların formalaşması barədə çağırışını əsas tutaraq, UNEC-də müxtəlif sahələr üzrə yeni ideyaların müzakirəsi davam edir. Rektor diqqətə çatdırıb ki, budəfəki müzakirə mövzusunun müəyyən edilməsində ölkə rəhbərinin verdiyi müsahibələrdə səsləndirdiyi fikirlər nəzərə alınaraq iki ideya - yaşıl iqtisadiyyat və rəqəmsal Azərbaycan əsas götürülüb.

Müzakirələr zamanı Azərbaycan iqtisadiyyatını yaşıllaşdırmaq məqsədilə ölkənin rəqabət üstünlüyü olan sahələrinin müəyyən edilməsi və bu sahələrin inkişafı istiqamətində atılacaq addımlarla bağlı yeni ideyalar səsləndirilib. Rəqəmsal Azərbaycanla bağlı isə yeni baxışların formalaşdırılması və dayanıqlılığın təmin edilməsi istiqamətində maraqlı fikirlər irəli sürülüb.

Xəbər lenti