Logo

Hacıqabulda QƏZA: maşın uşaq bağçasına çırpıldı

17.05.2024 11:26 324 baxış
IMG

Hacıqabulda “Toyota Prado” markalı avtomobil idarəetməni itirərək uşaq bağçasının divarına çırpılıb.

Tehsil.biz xəbər verir ki, hadisə Hacıqabul şəhərində baş verib.

Qəza nəticəsində avtomobildə olan Şirvan sakinləri - 1986-cı il təvəllüdlü Ramil Nurəddin oğlu Əsgərov və 1994-cü il təvəllüdlü İlqar Elşən oğlu Cəfərov xəstəxanaya yerləşdiriliblər.

Ramil Əsgərov bir müddət sonra aldığı xəsarətlərdən dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.

Kənan Nağıbəyli

Xəbər lenti