Logo

Nigeriyada məsciddə partlayış olub, 11 nəfər ölüb

17.05.2024 00:26 228 baxış
IMG

Nigeriyanın Kano əyalətində məsciddə partlayış olub.

Tehsil.biz BBC-yə istinadən xəbər verir ki, partlayış Gezava bölgəsində sübh namazı vaxtı baş verib.

Hadisə nəticəsində 11 nəfər ölüb, 17-si isə yaralanıb. Yaralıların bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir, ölənlərin sayının artacağı istisna edilmir.

Hadisənin başvermə səbəbi araşdırılır.

Xəbər lenti