Mayın 17-də Milli Azərbaycan Tarixi Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeylər, təhsil və tədqiqat” devizi altında “Breyn-rinq” intellektual yarışması keçiriləcək.
Muzeydən "Tehsil.biz"ə bildirilib ki, yarışmada müxtəlif gənclər təşkilatlarının üzvləri, universitet tələbələri və muzeyin əməkdaşlarından ibarət 8 komanda iştirak edəcək. Yarışmanın məqsədi “Muzeylər, təhsil və tədqiqat” devizi altında gənclərin muzeydə maarifləndirilməsi və asudə vaxtlarının səmərəli keçirilməsidir.
Yarışmanın qalibləri kubok, medal və sertifikat ilə təltif olunacaqlar.