Logo

Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb

18.05.2024 11:52 173 baxış
IMG

Azərbaycan Milli Kitabxanası “18 May - Beynəlxalq Muzeylər Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisini istifadəçilərə təqdim edib.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr tam mətnləri ilə nümayiş olunub.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Beynelxalq_Muzeyler_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi kitab sərgisində isə dünya muzeyləri, xüsusən Azərbaycan muzeyləri haqqında, eləcə də muzey işi ilə bağlı kitablar Azərbaycan və müxtəlif dillərdə yer alıb.

Ənənəvi kitab sərgisi bir həftə davam edəcək.

Xəbər lenti