Logo

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin yekun tədbiri keçirilib - FOTO

16.05.2024 14:44 164 baxış
IMG

Mayın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Elm və Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin yekun konserti keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilib.

Tədbirdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, professor Dilarə Seyidzadə, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbir ərzində tələbələrin ifasında ümummilli liderə həsr edilmiş, həmçinin onun sevdiyi mahnılar, şeirlər səsləndirilib, rəqs kompozisiyaları nümayiş olunub.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən müsabiqəyə 2 500-ə yaxın şəxs qatılıb. 126 nəfər isə qalib müəyyən olunub.

Müsabiqənin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsi, demokratik, hüquqi dövlətin qurulması, onun hərtərəfli inkişafında misilsiz xidmətlərini gənclərə aşılamaq, nitq mədəniyyəti, bədii ifaçılıq və incəsənətə marağı artırmaq, gənclərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub.

Xəbər lenti