Logo

15 gün ərzində Elm və Təhsil Nazirliyinə nə qədər müraciət daxil olub? - FOTO

16.05.2024 17:59 229 baxış
IMG

Mayın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 34 min 525 vətəndaş müraciəti daxil olub.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, müraciətlərin 21 min 883-ü çağrı mərkəzləri, 830-u sosial media, 5507-si vatsap vasitəsilə, 1222-si elektron, 710-u yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 4373 müraciət qeydə alınıb.

Müraciətlər müəllimlərin yerdəyişməsi və işə qəbulu, birinci sinfə qəbul, sertifikatlaşdırma və digər məsələlərlə bağlı olub.

Xəbər lenti