Logo

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

17.05.2024 20:58 136 baxış
IMG

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, qəzetin ön səhifəsində “Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində iştirak ediblər” başlıqlı icmal təqdim edilib.

Bügünkü sayda AMEA Rəyasət Heyətinin iclasları, Akademiyada elektron xidmətlər sahəsində qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə, AMEA prezidenti akademik İsa Həbibbəylinin mədəniyyət naziri Adil Kərimli, Xalq rəssamı Fərhad Xəlilov və ölkəmizdə səfərdə olan xarici seysmoloq alim və mütəxəssislərlə görüşləri ilə bağlı xəbərlər, eləcə də AMEA-da Azərbaycanın dövlətçilik tarixinə həsr edilmiş elmi diskussiyaya dair yazı yer alıb.

Qəzetdə “Ailə rifahı və iqlim dəyişikliyi” mövzusunda tədbir və yeni nəşrlərlə bağlı informasiyalar, eləcə də “Heydər Əliyevin uzaqgörən dövlətçilik, idarəçilik və dil siyasəti qələbəmizin təməlidir” və “Azərbaycanın sosial-iqtisadi inkişaf startegiyası və onun reallaşması şərtləri” başlıqlı məqalələrlə tanış ola bilərsiniz.

Qəzetin rus və ingilis dili bölməsində müsahibə, icmal, o cümlədən ötən həftə AMEA-da keçirilən tədbirlərə və son elmi yeniliklərə dair informasiyalar təqdim olunub.

Xəbər lenti