Bakı Ali Neft Məktəbinin (BANM) 2024-cü il məzunu, hazırda Böyük Britaniyanın Edinburq Universitetində tam təqaüdlü doktorantura təhsili alan Fərhad Ağayev bu universitetdə Rəqəmsal bacarıqlar üzrə təlimçi kimi çalışmağa başlayıb.
Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib.
Bildirilib ki, o, Alan Turing Tədqiqat Mərkəzinin təqaüdçüsüdür və "Koqnitiv funksiyaların kəmiyyət modelləşdirilməsi" mövzusu üzrə elmi araşdırmalar aparır.
2019-cu ildə 649.6 bal toplayaraq Neft-qaz mühəndisliyi ixtisasına qəbul olub.
2024-cü ildə Dövlət Proqramının qalibi kimi Edinburq Universitetində Süni intellekt ixtisası üzrə magistratura təhsili alıb və 2025-ci ildə uğurla başa vurub.