Logo

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələrini nəşr edib

04.09.2025 11:17 30 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələrini nəşr edib

DİM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, 8-ci nömrədə 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, müsabiqə nəticəsində ixtisasların həm ödənişli əsaslarla olan yerləri, həm də dövlət sifarişli yerləri üzrə formalaşmış keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.

Nəşrin 9-cu nömrəsində 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə müsabiqə nəticəsində alınmış minimal keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.

 

Jurnalların elektron versiyasını (PDF formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar.

Xəbər lenti