Logo

Elm və təhsil naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

01.09.2025 14:37 62 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayev 26 sentyabr tarixində Gədəbəy şəhərində vətəndaşları qəbul edəcək. 

TƏHSİL.BİZ  xəbər verir ki, qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax sakinləri iştirak edə bilərlər.  

Adları çəkilən şəhər və rayonların sakinləri 15 sentyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Xəbər lenti