Bakı Ali Neft Məktəbində (BANM) artıq bonus sisteminin tətbiqinə başlanılıb.
BANM-dən TƏHSİL.BİZ -ə verilən məlumata görə, ali məktəbin əməkdaşları iş fəaliyyətlərinə və qoyulan hədəflərə görə qiymətləndirilir.
Qeyd edək ki, bu, Azərbaycan universitetləri arasında bir ilkdir və yüksək iş performansının qiymətləndirilməsi və təşviq edilməsi məqsədini daşıyır.