Bu gün Bakıda 49-cu ICPC Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin dünya finalının açılış mərasimi keçirilir.
TƏHSİL.BİZ xəbər verir ki, tədbirdə çıxış edən ICPC Fondunun prezidenti Bil Pauçer bildirib ki, builki yarışda 63 294 tələbə, 10 573 məşqçi və köməkçi məşqçi iştirak edir. Onlar 3 307 universiteti və 93 şirkəti təmsil edərək yarışlara qatılıblar
Seçim mərhələlərinin nəticəsinə əsasən, dünyanın ən güclü tələbə proqramçılarını bir araya gətirən 148 komanda final mərhələsinə vəsiqə qazanaraq Bakıya toplaşıb.
Qeyd edək ki, ICPC dünya finalı Azərbaycanda ilk dəfə keçirilir.