Logo

“Azərbaycan müəllimi” qəzeti 91 yaşını qeyd edir

02.09.2025 10:27 47 baxış
IMG

Bu gün Azərbaycan təhsil tarixinin ayrılmaz parçası olan “Azərbaycan müəllimi” qəzeti 91 yaşını qeyd edir.

İlk dəfə 1934-cü il sentyabrın 2-də “Qommunist məarifi” adı ilə nəşrə başlayan qəzet sonralar “Müəllim qəzeti”, 1946-cı ildən bu günədək isə “Azərbaycan müəllimi” adı ilə oxucularla görüşür.

Qəzet öz məramına – dövlətin təhsil siyasətinin həyata keçirilməsində yaxından iştirak etmək, ölkənin təhsil həyatını geniş işıqlandırmaq, müəllimlərə, təhsil işçilərinə, təhsil müəssisələrinə öz fəaliyyətlərində dəstək vermək, yenilikləri yaymaq, çoxminli müəllim ordusunu pedaqoji, psixoloji, metodik biliklərlə silahlandırmaq, qabaqcıl təcrübəni aşkara çıxarmaq və təbliğ etmək, təhsil sahəsindəki mövcud nöqsanlara qarşı mübarizə aparmaq və s. kimi fəaliyyət prinsiplərinə həmişə sadiq qalıb.

“Azərbaycan müəllimi” ölkənin bütün bölgələrində təmsil olunaraq həm müəllimlərin səsi, həm də təhsildə baş verən yeniliklərin güzgüsüdür.

Xəbər lenti